Facebook test etdiyi yeni funksiyası “Neighborhoods” ilə yenə çox danışılacaq.


Facemark.az xəbər verir ki, bu funksiya direkt lokasiya vasitəsilə aktiv edilir.


Fərdlər yaşadığı mühitdəki məkanları kəşf edə, qonşuları ilə kontakta keçə və müştərək maraq dairələrini ortaya çıxara bilərlər.


Bu funksiyadan istifadə etmək üçün istifadəçilər sadəcə yaşadıqları yeri bildirməlidirlər. Facebook, yaşadıqları ərazi ilə bağlı kontenti də onların qarşısına çıxaracaq.


Qısası, Facebook istifadəçilərin qonşuluq əlaqələrini aktivləşdirmək, yaşadıqları ərazidə yeni məkan və tədbirləri kəşf etmək üçün iddialı bir funksiyanı test etməyə başlayıb.