Tesla kompaniyasının qurucusu İlon Mask 2020-ci ilin sonunda ən çox maaş alan CEO olub.


Facemark.az xəbər verir ki, bu haqda Forbes-in reytinqində məlumat verilib.


2018-ci ildə Mask Tesla-dan gələn qazancından imtina edib. Bunun əvəzində isə kompaniyadakı səhm opsionları şəklində mükafatlandırılır. Nəşrin yazdığına görə, 2020-ci ildə Mask avtokonsernin səhmləri üzrə 11 milyard dollar qazanıb.


Sıralamada ikinci yeri isə Paycom biznesi üçün proqram istehsal edən Çad Riçison 211 milyon dollar ilə tutub. Reytinqin 3-sü isə 199 milyon dollar ilə səhiyyə şirkəti 1Life Healthcare-nin baş direktoru Amir Den Rubin qərarlaşıb.


Qeyd edək ki, 2021-ci ilin 1-ci rübündə Tesla şirkəti rekord şəkildə bir gəlir əldə edib. O 2020-ci ilin yanvar-mart ayında 27 dəfə böyüyərək 438 milyon dollara yüksəlib. Bu bir öncəki ilin analoji dövrü ilə müqayisədə isə 16 milyon dollar artım deməkdir. Gəliri isə 5,99-dən 10,39 milyard dollara qədər yüksəlib.


Hesabatın açıqlanmasından sonra isə şirkətin səhmləri 3,1% düşüb. Buna səbəb isə şirkətin hesabat çərçivəsində avtomobillərin çatdırılması üzrə bu il konkret bir rəqəm göstərməməsi olub.