“Zoom”un gəliri 2021-ci ilin birinci rübü üçün 956,2 milyon dollar olub. Keçən ilki hesabatda bu, 382,2 milyon dollar idi.


Facemark.az xəbər verir ki, platformanın xalis mənfəəti keçən ilə nisbətən 12 dəfə artaraq 27 milyon dollar təşkil edib.


Eyni zamanda 2020-ci ilin birinci rübünə nisbətən proqramın müştəri sayı 2 minə çatıb - bu isə öz növbəsində, 160% artım deməkdir. Korporativ müştərilər 100 min dollardan çox gəlir gətirib.


Proqnozlara görə, ilin sonunda şirkətin ümumi gəliri təxminən 4 milyard dollara çata bilər.


Xidmət eyni zamanda yeni video konfrans platforması - “Zoom Events”i təqdim edib. Platforma təqdim etdiyi alətlər sayəsində korporativ müştərilərin auditoriyasını genişləndirməyə yönəlib.