bazar günü, 20 iyun 2021

Windows 11 gələ bilər?

252

"Microsoft" artıq bir neçə aydır ki, "Windows"un “yeni nəsil” məhsulları haqqında danışır. Lakin yeni açıqlamalardan sonra anlaşılıb ki, şirkət yalnız mövcud məhsullar üzərində dəyişikliklər etməklə qalmır, həmçinin yeni məhsullar təqdim etməyə hazırlaşır.

Facemark.az şirkətin Twitter hesabına istinadən bildirir ki, proqram təminatı üzrə dünya nəhəngi 24 iyun üçün yeni bir Windows tədbiri elan edib. Twitterdə paylaşdığı bu elanda vizualda yalnız loqonu və pəncərədən düşən kölgəni görmək mümkündür. Pəncərədən düşən işıqların 11 rəqəmini göstərməsi təsadüfi hal deyil.

Elanı görən proqram təminatçıları, müştərilər və Twitter istifadəçiləri bunun yeni Windows məhsulu üçün bir xəbərdarlıq olduğunu düşünürlər.

Qeyd etmək lazımdır ki, “Windows 10” şirkətin özü tərəfindən “son məhsulumuz” adlandırılırdı. Bunun əksi olduğu təqdirdə - Windows 11 təqdim olunsa, bu o deməkdir ki, şirkət böyük dəyişikliklərdən keçməyə artıq hazırdır.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün