bazar günü, 20 iyun 2021

"Steam" proqram təminatçılarının oyun paketləri daxilində qruplaşmasına icazə verir

250

“Valve” oyun istehsalat birliyinin proqram təminatçıları “Steam” oyun platformasında paketlər yarada biləcək.

Facemark.az xəbər verir ki, dünən paylaşıla bloq yazısında "DIY əməkdaşlıq paketləri”nin tərkibində bu yenilik xüsusi qeyd olunub.

Əlavə etmək lazımdır ki, “Steam” bir çox proqram təminatçısını birləşdirən paketlər təklif edirdi. Lakin orada proqramistlər platforma tərəfindən seçilirdi. İndi isə təminatçılar özləri birlikdə iş görmək üçün tərəfdaşlarını seçə, eyni zamanda həmkarlarına iş təklifi göndərə bilərlər.

“İşin orijinal sahibinin dəvət olunan təminatçılarından daha çox səlahiyyətə sahib olacağını da bildirmək önəmlidir”, bunu “Valve” qeyd edib. İşin əsas sahibi işi bağlaya, izahını dəyişdirə bilər.

“Valve” eyni zamanda bu funksiyanı yaxşı marketinq üsulu adlandırır: “Əvvəllər oyun dizayneri istifadə etdiyi mahnı üçün müəllif hüquqlarına sahib olmalı idisə, artıq buna ehtiyac qalmır. Bu funksiya sayəsində onlar iş daxilində əməkdaşlıq edə bilərlər”.

Qeyd edək ki, "Valve" oyun şirkəti "CS:GO", "Dota 2", "Half Life 2" kimi çox sevilən oyunların yaradıcısıdır. "Steam" isə "Valve" tərəfindən qurulan və indi minlərlə oyun şirkəti ilə çalışan oyun yükləmə platformasıdır.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün