“Facebook” yeniliklər etməyə davam edir.


Yeni funksiyası “bülleten” - mail siyahıları istifadəçi müəlliflərə müxtəlif səlahiyyətlər verəcək. Bunu Facemark.az “Vox”a istinadən bildirir.


Həm pullu, həm pulsuz istifadə edə biləcəyimiz funksiya ilkin mərhələlərdə məhdud sayda müəlliflərə təqdim ediləcək. Müəlliflər şirkətlə müqavilə bağlayaraq funksiyadan istifadə edə biləcəklər. Müqavilənin vaxtını uzadaraq bir neçə il daha istifadə etmək mümkün olacaq.


Funksiya idman, dəb, ətraf mühit və digər mövzular haqqında məqalə və yerli xəbərlər yazan müəlliflər üçün nəzərdə tutulub.


Xidmətin iyun ayında, ayrıca sayt kimi istifadəyə verilməsi planlaşdırılır. Beləliklə, şirkət “Apple” və “Google”un mobil tətbiqetmələrdə ödənişlər üçün təyin etdiyi 30% komissiyadan qaçmaq niyyətindədir.