“Tesla” şirkətinin CEO-su İlon Mask paylaşdığı tweetdə yeni model üzərində işlərin dayandırıldığını bildirib.
Facemark.az qeyd edir ki, "Plaid+ modeli ləğv edildi. Çox yaxşı modeldir, hələlik ehtiyac yoxdur” - Mask bunu paylaşdığı tweetdə bildirib.
520 mil sürmə məsafəsi ilə “Tesla”nın ən yaxşı modelləri sırasına daxil olan “S Plaid +” keçən il ictimaiyyətə təqdim olunub.Musk yeni nəsil modelin 4680 batareya hüceyrəsini qəbul edəcəyini bildirib. Baxmayaraq ki, Musk bu modeli “dünyanın ən tez istehsal olunmuş maşını” adlandırırdı, maşının istehsalı 2021-ci ilin sonundan 2022-yə qədər təxirə salınıb.
Şirkətin rəsmi saytında qeyd edilir ki, “S Plaid+” modeli 1.99 saniyədə sıfırdan 60 mil/saata qədər yol qət edir, saatda 200 mil sürətə və təxmin edilən 390 mil məsafəyə çata bilir.
Bu modelin 3 iyunda təqdim edilməsi planlaşdırılsa da, təqdimat 10 iyuna çəkilib. Qeyd edək ki, sürəti ilə istehlakçıların diqqətini cəlb edən maşının qiyməti 112,990 dollardır.
Çox səs gətirən maşının necə onlayn sifariş edildiyini görmək üçün videoya klikləyə bilərsiniz: