bazar günü, 20 iyun 2021

Donald Tramp Bitkoini dollara qarşı “fırıldaqçılıq” adlandırıb

203

Bitkoin və kriptovalyutaların istifadə sahəsi genişləndikcə müxtəlif yerlərdən gələn tənqid və təhlillər də çoxalır. Belə ki, hətta ABŞ-ın keçmiş prezidenti Donald Trump belə Bitkoini tənqid edib. Tramp kriptovalyutanın fırıldaq olduğunu və dollarla rəqabətdə olduğu üçün bəyənmədiyini söylədi.

Facemark.az qeyd edir ki, Tramp dolların dünyanın pul vahidi olmasından yanadır və bu tənqidlərinə davam edəcək. Qeyd etmək lazımdır ki, Trampın bu yanaşması daha əvvəl mənimsədiyi düşüncələrlə uyğun görünür.

Bitkoin diqqət çəkdiyi gündən etibarən 36 min dollardan satılır. Kriptovalyuta aprel ayında 64.800 dollara satılaraq ən yüksək səviyyəsinə çatıb. Son günlərdə kriptovalyutanın qiymətinin azalmasında dövlət xadimlərinin və ictimai xadimlərin açıqlamalarının rolu böyükdür.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün