İstifadəçilərin təhlükəsizliklə bağlı narahatlıqlarına baxmaraq (mənbə: Tiktok biometrik məlumatlar toplamağa başlayacaq),“TikTok” hələ də ən populyar və lider tətbiq olmağa davam edir.


Facemark.az qeyd edir ki, “Sensor Tower” tərəfindən may ayı üçün verilən hesabatda tətbiq həm Android, həm də iOS sistem istifadəçiləri üçün 1-ci yerdədir.




Qeyri-oyun tətbiqləri arasından “TikTok” 80 milyondan çox yükləmə sayı ilə ən çox yüklənilən proqramdır. Braziliya 16%, Çin isə 12% ilə tətbiqi ən çox yükləyən ölkələr sırasındadır.


Bu məşhurluğa baxmayaraq, hələ də bəzi ərazilərdə tətbiq qadağan edilmiş proqramlar arasındadır.