“Apple” ötən günlərdə baş tutan “Qlobal proqram təminatçıları konfransı”nda Android istifadəçilər üçün “Web FaceTime” funksiyasını əlavə edəcəyini bildirib.



Facemark.az bildirir ki, “Android” və “Windows” istifadəçiləri, nəhayət, FaceTime zənglərinə qoşula biləcəklər.


Burada “Apple” biznes mənfəətini güdür. Çünki bu funksiya yalnız veb vasitəsilə istifadə oluna bilər. Beləliklə, “FaceTime” mobil video zəng tətbiqindən daha çox “Zoom” və “G-Meet” kimi ciddi video zəng proqramlarının rəqibinə çevriləcək.