Van Qoq muzeyi ingilis ətir markası “Floral Street” ilə əməkdaşlıq edərək sənətkarın əsərlərini parfümə çevirəcək.


Facemark qeyd edir ki, muzeyin məqsədi Van Qoq sənətini dərindən duymaq üçün yeni və fərqli bir yol təqdim etməkdir.


Muzeyin kuratorları layihədə birbaşa iştirak etməsələr də, sənətkarın həyatı ilə bağlı təfərrüatların təsdiqlənməsinə kömək edəcəklər. Muzeyin lisenziyalaşdırma üzrə direktoru Marijn Veraart Van Qoq sənətinin və muzeyin nüfuzunun qorunması, böyük diqqət və hörmətlə yanaşılmasının son dərəcə vacib olduğunu vurğulayır.


Unutmadan, muzeyin insanlar tərəfindən maraqla qarşılanan daha “Vans x Van Qoq” kolleksiyasına da nəzər yetirə bilərsiniz: