bazar günü, 20 iyun 2021

Yandex.Music uşaqlar üçün musiqi siyahılarını çoxaldır

208

Məşhur cizgi filmlərinin səsli versiyaları bu yay tətbiqə əlavə olunacaq.

Yandex.Music uşaqlar üçün seçimləri çoxaltmaq məqsədilə “Disney” və “Art Pictures Distribution” ilə əməkdaşlığa başlayıb.

Bu barədə Facemark “AdIndex”ə istinadən xəbər verir. Uşaqlara uyğun mahnı siyahıları yaratmaq musiqi tətbiqinin yeni strategiyasıdır.

“Disney” ilə əməkdaşlıq çərçivəsində xidmət “Frozen”, “Karib dənizinin quldurları” və “Rapunzel”i, eyni zamanda şirkətin digər franşizalarının səsli versiyasını təqdim edəcək.

“Musiqi axını bazarda sürətlə çoxalır. Proqnozumuza görə, 2023-cü ilin sonunadək Rusiyada bu cür xidmətlərə abunə olan insan sayı 18,4 milyona çatacaq, lakin xidmətlər çox bənzərdi - hər bir musiqi platforması 60-70 milyon mahnı təklif edir. Önə çıxmaq üçün yeni növlər və formatlar axtarmaq vacibdir. Buna görə musiqi kitabxanasına uşaqlar üçün məzmun əlavə etmək həm auditoriyanı genişləndirmək, həm də Yandex xidmətlərindən səmərəli istifadə etmək deməkdir,” - “J’son and Partners Consulting” televiziya və kontent departamentinin direktoru Dmitri Kolesov belə qeyd edir.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün