Alqoritmlər sosial media istifadəçiləri üçün ən əsəbpozucu amillərdən biridir, çünki onları anlamaq hamı üçün asan deyil. Uzun zamandır Instagram istifadəçiləri bir neçə sualla yaxından maraqlanırlar: Hekayələrinə baxan insanlar nəyə əsasən sıralanır? Postlarını bəyənənlər içində adı ilk görünənlər kimlərdir? Bu sıralamanın əsas səbəbi nədir?


Facemark xəbər verir ki, vizual media üzrə işlədilən tətbiq bu sirləri açmağı qərarlaşdırıb.


"İstifadəçilərin marağını anlayıram. Düzdür, məna vermədiyimiz şeylərə inanmaq çətindir," - bunu Instagramın CEO-su Adam Mosseri deyib. (Adam Moserri haqqında videomuzu izləmək üçün klikləyin: Mark Zukerberq niyə Adam Mosserini Instagram-a rəhbər gətirdi?)


Onun sözlərinə görə, tətbiqdə dəqiq bir alqoritm yoxdur - hər funksiya, məqsəd və proses üçün fərqli alqoritmlər istifadə olunur. Buna görədir ki, “Feed”, Kəşf elə bölməsi və “Reels” kontentlərinin hər biri fərqli üsullarla təhlil olunur.


Əsas səhifə və hekayələr


Sıralama alqoritmi izlədiyimiz insanların son vaxtlar paylaşdıqlarını təhlil etmək üçün minlərlə siqnalı nəzərə alır.


Əsas siqnallar bunlardır:


  • Postlar üçün əsas olanlar - bəyənmə sayı, göndərmə vaxtı, müddəti (videodursa), məkan;


  • Postu paylaşan istifadəçinin profili üçün əsas olanlar - alqoritm son həftə ərzində istifadəçinin bu hesabla nə qədər əlaqə qurduğunu təhlil edir;


  • İstifadəçi fəaliyyəti haqqında - məsələn neçə post bəyənib;


  • İstifadəçinin digər istifadəçi ilə əlaqəsi haqqında - xüsusən də, qarşılıqlı post reaksiyaları.


Postlar və profillərlə qarşılıqlı əlaqə sıralama alqoritmini inkişaf etdirməyə kömək edir. Əgər profilinizin daim yüksəkdə olmağını və insanların ana səhifəsində tez-tez görünməyini istəyirsinizsə, bunları edə bilərsiniz:


  • “Yaxın dostlar” funksiyasından istifadə edin;


  • Artıq profilinizlə əlaqəli görünməyən postları gizlədin;


  • Qarşınıza çıxan və bəyənmədiyiniz postları “maraqlı deyil” kimi qeyd edin.