bazar günü, 20 iyun 2021

“Yandex” vertikal videoların paylaşılması üçün yeni proqram alıb

217

“Yandex” videolara effekt və musiqi əlavə etmək kimi funksiyalara malik “Hypee” adlı video-edit tətbiqini alıb.

Facemark “Kommersant”a istinadən bildirir ki, kontent yaradıcıları arasında video kontentlərə olan marağı artırmaq üçün video-edit tətbiqi almaq vacib addımlardan biridir.

“Hypee”ın alınması həm də Yandex Zen adlı lentdə videoların paylaşılmasına kömək edəcək. Səs effekti, vizuallar və musiqi əlavə etmək imkanı bu tətbiqi “Instagram”, “Facebook”, “TikTok” üçün mükəmməl seçimə çevirir. Vertikal videolar platformanın əyləncəli xüsusiyyətlərini qabağa çıxaracaq və şirkətə yeni kontent yaradıcıları cəlb edəcək.

Mütəxəssislər Yandex.Zen-in qısa video sahəsində istifadəçilərə daha geniş imkanlar təqdim etməyi istədiklərini bildirir. "Instagram"dakı Reels kimi onları videolar çəkməyə həvəsləndirmək Yandex-in növbəti məqsədlərindəndir. Lakin Yandex bu trendə qoşulmaq üçün bir qədər gecikib.

Eyni zamanda şirkət qısa videolar üzrə ixtisaslaşsa, “TikTok” ilə rəqabətə girməyi də gözə almalıdır. “OMD Content & Creation”nun sosial media marketinqi rəhbəri Anna Kozyreva bildirir ki, qısa video paylaşmaq funksiyası olan tətbiqlərin əsas üstünlüyü reklam verənləri cəlb edə bilməkdir.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün