bazar günü, 20 iyun 2021

“Netflix” verdiyi elan səbəbilə sosial qəzəbə uğrayıb

250

Yaxın günlərdə “Netflix” DC Comics komikslərindən adaptasiya edilən yeni serialı “Sweet Tooth” üçün reklam kampaniyasına başlayıb.

Facemark bildirir ki, reklam “USA Today” qəzetinin ön səhifəsində böyük bir elan kimi yerləşdirilib. Xəbərə bənzəməyi səbəbilə reklam kampaniyası cəmiyyət tərəfindən tənqid edilib.

Məsələnin əslinə qalsaq, yeni serial fantastik qəhrəmanlardan - yarı insan, yarı heyvan kimi doğulan uşaqlardan danışır. Bu səbəblə reklam “Dünya yarı insan - yarı heyvan doğulan uşaqlarla qarşı-qarşıyadır” mövzusundan söz açır. Amerikada saxta xəbərlərin yazılması və onun ifşa olunması baxımından ciddi həssaslıq olduğu üçün insanlar bu məzmunda reklamı uyğunsuz qarşılayıblar.

Yalnız ilk səhifədə deyil, sonrakı səhifələrdə də mətnin eyni tonda davam etməsi “Netfix” izləyicilərində rəğbət yaratmaq əvəzinə, qəzəblərinə səbəb olub.

Faktla bağlı “USA Today” qəzeti bu reklamda uyğunsuz məzmunun olmadığını və qəzetin reklam strategiyası ilə kəsişmədiyini bildirib.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün