Facemark “Digiday”ə əsasən bildirir ki, şirkət üç texnologiya üzrə mütəxəssis ilə əməkdaşlıq edərək “Cookies”i əvəz edə biləcək bir “Google” texnologiyası - FLoC (Federated Learning of Cohorts)-un bloklandığını bildirib. Amazon bu mövzu haqqında şərh verməkdən imtina edib.


Mütəxəssislər “WholeFoods”, “Zappos”, “ShopBop” və “GoodReads” daxil olmaqla Amazon elektron ticarət saytlarının kodlarını təhlil edib saytların “FLoC”a data üçün icazə verilmədiyini aşkar edib.


Bu qadağanın qismən tətbiq olunduğu müəyyən olunub. Məsələn mütəxəssislərdən biri müvafiq təhlillə “WholeFoods.com” və “Woot.com”un birində icazə verildiyini müşahidə etsə də, digərində etməyib. Analitik “FLoC” qadağasının ABŞ-ın müxtəlif bölgələrində fərqli Amazon serverlərində qeyd edilə biləcəyini qeyd edib.