Apple may ayında elan etdiyi pullu podkast xidmətinə rəsmi olaraq start verib. Abunəliyin aylıq xidmət haqqı 0,49 dollardan başlayır. Xidmət 170 ölkədə mövcuddur.


Facemark bildirir ki, artıq kontent yaradıcıları qiymətləri təyin edə və ödənişli abunələrin hansı əlavələrə sahib olduqlarına qərar verə biləcəklər. Platforma vasitəsilə təşkil olunan bütün abunəliklər üçün yaradıcılar istifadəçinin ödədiyi pulun 70%-ni, Apple isə 30%-ni alacaq. İstifadəçilərə birdən çox kanala abunə olmaq imkanı veriləcək, abunə siyahısı hesabda əks olunacaq.


Abunəçilər həm də reklamsız podkast dinləməyə və birbaşa Apple Podkastlar tətbiqi vasitəsi ilə əldə edəcəkləri əlavə funksiyalara sahib olacaqlar.