“Ruscosmos” kosmik agentliyin rəhbəri Dmitriy Rogozin "Vyzov" filminin Beynəlxalq Kosmik Stansiyasında (ISS) çəkilməsi üçün NASA ilə əməkdaşlıq imkanlarını müzakirə edəcəklərini söyləyib.


““Vyzov” layihəsi haqqında danışmağa hazıram. Bu gün ABŞ tərəfi ilə layihədə daha fəal iştirak etmələri barədə danışacağıq. Amerikalı aktyorun filmdə yer aldığı təqdirdə stansiyalardan birini bizim istifadəmizə verə bilərlər,” - bunu Rogozin“Komsomolskaya Pravda” radiosunda müsahibəsi zamanı qeyd edib.


Facemark qeyd edir ki, Rusiya kosmosda çəkiləcək ilk film üçün kosmosa göndərəcəyi aktyor və rejissoru artıq seçib. Məşhur rus rejissoru Klim Shipenko və aktrisa Yulia Peresild oktyabr ayında "Vyzov" filminin çəkilişləri üçün Beynəlxalq Kosmik Stansiyaya (ISS) gedəcəklər.