Musiqiçi Rocer Voters “The Charlie Kirk Show”da Mark Zukemberqi sərt tənqid edib.


Facemark bildirir ki, şou əsnasında əfsanəvi rok qrupu Pink Floydun üzvlərindən olan Rocer Voters səhər çağlarında Facebook tərəfindən ona məktub göndərildiyini bildirib. Məktubda “Another Brick in the Wall II” mahnısının Instagram reklamı üçün istifadəsi ilə bağlı müəllif hüququ məsələləri qeyd edilib. Musiqiçi deyir: “Bu gün mənə gələn bu məktubda mahnımdan istifadə edilməsi üçün çox böyük - bir daha qeyd etmək istəyirəm, çox böyük miqdarda pul təklif olunub. Buradan ona cavab vermək istəyirəm, rədd ol, Zukemberq!”.


Verilişdə musiqiçi ona yazılan məktubu tamaşaçıların qarşısında oxuyur: “Sizə yazıb bildirmək istəyirik ki, bu mahnının dərinindən gələn incə mənaları çox gözəl duyur və bu gün üçün də aktual hesab edirik. Bu nüanslar mahnının vaxtsız şahəsər olduğunu bildirir”.


Bu sözlərdən sonra musiqiçi əsəbiləşərək böyük şirkətlərin hər şeyi pulla alacaqlarına inandığını və bunun bir hissəsi olmaq istəmədiyini bildirib. O, eyni zamanda Mark Zukemberqi dünyanın ən güclü axmağı adlandırıb.