"Facebook" sosial şəbəkənin qruplarındakı təhqiramiz şərhləri işarələmək üçün yeni süni intellekt layihəsinin test mərhələsinə start verib.


Facemark bildirir ki, bu barədə "CNN" televiziya kanalı xəbər verib.


Məlumata əsasən, süni intellekt "mübahisəli" və münaqişə yarada biləcək şərhləri işarələyəcək, qrup administratoruna müvafiq xəbərdarlıqlar göndərəcək.


Bundan əlavə, qruplarda yerləşdirilən və uyğun olmayan olan postlar, şərhlər "moderation alert" xəbərdarlığı alacaq.