şənbə, 24 iyul 2021

4 günlük iş rejimi işçilərə necə təsir edə bilər?

369

2019-cu ildə Microsoft Yaponiya işçiləri 4 günlük iş, 3 istirahət günü və 5 günlük maaş ilə məhsuldarlıqlarını 40% artırıblar.

Facemark bildirir ki, Microsoft Yaponiyanın yay ərzində tətbiq etdiyi bu layihə ilə işçilər xeyli məhsuldar olublar. Həmçinin qeyd ediblər ki, 4 günlük iş olduğu üçün, 23% daha az elektrik enerjisi və 60% daha az vərəq çap üçün istifadə olunub.

Şirkət bildirir ki, cümə günləri məzuniyyətə çıxan işçilərə xüsusi ödənişli məzuniyyət verilib.

İş həftəsi daha qısa olduğu üçün şirkət iclaslarında da dəyişikliklər edilib. Belə ki, əgər iclas normalda 60 dəqiqə davam edirdisə, onlar bu müddəti 30 dəqiqəyə endiriblər. Bütün görüşlər ixtisara salınmalı və sessiyada iştirak edən işçi sayı 5 nəfərə endirilməlidir. Microsoft Yaponiya mütəxəssisləri düşünür ki, iclasda çox insanın olmağı və uzunmüddətli olmağı üçün ciddi səbəb yoxdursa, bunu qısa müddətdə daha az insanla da etmək olar.

Bu yenilik Yaponiyada iş dünyasında həyəcan yaradıb. “Sora News 24” bildirir ki, hazırda bir çox işçinin əsas arzusu “Allahım, nə olar, bu məqaləni mənim müdirim də oxusun”dur.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün

Abunəlik