2019-cu illə müqayisədə müraciətlərin sayı 6% azalıb.


Facemark “Ascential”a istinadən bildirir ki, Cannes Lions Beynəlxalq Yaradıcılıq Festivalına 90 ölkədən 29.074 iş gəlib. Tədbir 2020-ci ildə pandemiya səbəbindən ləğv edildiyi üçün iştirakçılar iki il əvvəlki işlərini də təqdim edə biliblər.


Bu il festival 21-25 iyun tarixlərində virtual formatda keçiriləcək. Təşkilatçılar artıq “İnnovasiya” da daxil olmaqla bir neçə kateqoriyanın qısa siyahısını paylaşıblar. Qalan kateqoriyalar 19 iyunda təqdim olunacaq.


Qeyd edək ki, 2019-cu illə müqayisədə Cannes Lions üçün müraciətlərin sayı 6% azalıb - iki il əvvəl 30.953 müraciət sayı var idi.


“Ascential” müstəqil agentliklərdən (+14%) və istehsal şirkətlərindən (+19%) müraciətlərin sayında artım olduğunu müşahidə edib.