Snapchat mübahisə doğuran sürət filterinin istifadəsini ləğv edib.


Bu barədə Facemark “NPR”a istinadən bildirir ki, tətbiqdaxili effekt cari sürəti, saatda gedilən kilometri göstərir. Ekspertlər bu filterin insanlara pis təsir etdiyini, onları ehtiyatsız sürməyə təşviq etdiyini iddia edib.


Doqquzuncu Dövrə üçün ABŞ Apellyasiya Məhkəməsi bu yaxınlarda Snapchat-də sürət filterinin istifadəsinin qəzalara səbəb olduğunu, buna görə məhkəməyə verilə biləcəyini bildirib.