şənbə, 24 iyul 2021

“Microsoft” CEO-su Satya Nadella direktor təyin edilib

272

Satya Nadella şirkət tarixində Bill Gates-dən sonra hər iki rolu icra edən ikinci şəxsdir.

Microsoft-un idarə heyəti CEO Satya Nadellanı direktor təyin edib. Şirkətin qurucusu Bill Gates-in 2000-ci ildə icraçı direktor vəzifəsindən getməsindən bəri ilk dəfədir ki, direktor və CEO vəzifələri eyni insan tərəfindən icra olunur.

Facemark bildirir ki, bu dəyişiklik Nadellanın bu texnologiya nəhənginin şirkətdəki rolunu sübut edir. Nadella eyni zamanda LinkedIn, GitHub, ZeniMax kimi uğurlu şirkətlərə nəzarət edir.

Qeyd edək ki, Microsoft, 1,9 trilyon dollardan yuxarı bazar dəyəri ilə Apple-dan sonra dünyanın ikinci ən qiymətli şirkətidir.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün

Abunəlik