Data vacibdir, datadan düzgün istifadə edə bilmək isə ondan da vacibdir. Kiçik bizneslərin əsas problemi müştəri məlumatlarını toplamaq üçün ödənişsiz və istifadəsi asan olan “software” tapa bilməməkdir.


Bu yazıda sizə istifadəsi rahat və ödənişsiz 3 email marketinq alətini təqdim edəcəyik. Əlinizdə olan müştəri bazasına xidmət və məhsulunuz haqqında toplu şəkildə e-mail göndərə, vebsaytınızda, bloqunuzda abunəlik yarada və avtomatlaşdırılmış xəbərlər, təkliflər təqdim edə bilərsiniz.


Haqqında danışacağımız alətlərlə müştəriləri seqment və qruplara ayırmaq, həmçinin fərdiləşdirilmiş xəbər və təkliflər paylaşmaq əvvəlkindən daha rahat olacaq.



Mailchimp


Bazarda ən geniş yayılmış e-mail marketinq alətlərindən biri olmaqla yanaşı, həm də demək olar ki, kiçik bizneslərə sərf edəcək həcmdə pulsuz tarif təqdim edir. Müxtəlif hazır email şablonları, avtocavablayıcılar və s. onu daha da unikal edir.


Ödənişsiz planda siz 2000 abunəçi üçün ayda 10 000 e-mail göndərə bilərsiniz. Mobil versiyası olduqca funksionaldır, müştəri bazanızı bir çox kateqoriyalara görə bölə və fərdiləşdirə bilərsiniz. Həmçinin “tracking” funksiyası ilə istifadəçi davranışlarını izləyə bilərsiniz. Buraya neçə nəfərin e-mailinizi görməsi, açması və oradakı linklərə keçid etməsi kimi məlumatlar daxildir.


“Mailchimp”-i eyni zamanda “Wordpress”, “Shopify” və digər platformalara inteqrasiya etmək olduqca asandır.


Sendin Blue


SMS və e-mail marketinq kampaniyaları üçün ideal olan bu platforma ödənişsiz planındakı funksiyalarına görə çox sevilir. Əgər sizin kiçik biznesiniz və Wordpress.org üzərində bir saytınız varsa, o zaman asanlıqla saytınızı bu alətə inteqrasiya edə bilərsiniz. Ödənişsiz planda istifadəçi sayı limitsiz olsa da, aylıq və günlük limitlər var. Belə ki, günlük ödənişsiz olaraq 300, aylıq isə 9000 e-ail göndərə bilərsiniz.


Hubspot


Hubspot-un e-mail marketinq xidməti, əslində, hər kiçik biznes üçün sərfəli olmaya bilər. Əgər sizin biznesdə CRM (Əlavə oxu: Sosial CRM Anlayışı) sisteminin inkişafını istəyirsinizsə, o zaman bu alət sizə daha çox faydalı ola bilər. Biznesiniz B2B sektorunda fəaliyyət göstərirsə, Hubspotdan yana edə bilərsiniz.


Əgər siz ucuz qiymət axtarışındasınızsa, Hubspot o qədər də sərfəli deyil, amma limitli imkanlarla edə biləcəyiniz imkanlar da az deyil. 1 milyon abunəçi sayı və aylıq 2000 istifadəçiyə e-mail göndərmə kimi imkanlar ödənişsiz plana daxildir.


E-mail marketinq kampaniyalarından düzgün istifadə kiçik biznesiniz üçün böyük həllər yarada və proseslərin avtomatlaşmasında sizə yardımçı ola bilər. İlk addım doğru platformanı tapmaqdır.