şənbə, 24 iyul 2021

“Mobil oyunların gələcəyi” adlı beynəlxalq konfransa tələsin! - GAMEPONSDAN YENİ LAYİHƏ

360

25 iyun 2021-ci il tarixində Azərbaycanda mobil oyun sektorunda ilk beynəlxalq konfrans baş tutacaq. Facemark bildirir ki, konfrans Gamepons və ACHIEVERS HUB-un birgə təşkilatçılığı ilə keçiriləcək.

Konfransda Google, Unity Technologies, London Venture Partners və sair dünyanın aparıcı texnologiya şirkətlərinin nümayəndələrinin iştirakı gözlənilir.

Konfransın məqsədi dünyanın müxtəlif ölkələrindəki oyun sektoru liderlərini bir araya gətirmək və mobil oyunlarda yeniliklər, trendlər, yeni texnologiyalar haqqında məlumat vermək və oyun sektorunda fəaliyyət göstərən müxtəlif oyunçuların tanış olması, fikir mübadiləsi aparması və mövcud problemləri həll etməsi üçün fərqli platforma təşkil etməkdir.

Ölkəmizdəki oyun sektorunun inkişafına töhfə verəcək bu konfransda müxtəlif kateqoriyada seminarlar, panel müzakirələr və çıxışlar olacaq.

Konfransda texnoloji yenilik, rəqəmsal marketinq və mobil oyun sektorundakı investisiya ilə əlaqəli müxtəlif mövzularda müzakirə aparılacaq və 15 fərqli ölkəni təmsil edən spikerlər öz təcrübələrini iştirakçılar ilə bölüşəcəklər.

Konfransda qeydiyyatdan keçmək üçün: https://www.eventbrite.com/e/the-future-of-mobile-gaming-tickets-154600146199

Ətraflı məlumat üçün: https://gamepons.com/the-future-of-mobile-gaming/

Qeyd edək ki, Gamepons Azərbaycanda mobil oyun sahəsində ekosistem qurucusu və oyun sektoruna dəstək göstərən mərkəz kimi fəaliyyət göstərir. Gamepons-un əsas məqsədi ölkəmizin mobil oyun sektorunun inkişafına töhfə verməkdir.

ACHIEVERS HUB ümumdünya oyun studiyalarını, investorları, naşirləri və mentorları birləşdirən platformadır.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün

Abunəlik