“Reddit” Avstraliyada icma, mühəndislik, idarəetmə və satış komandası üçün ofis açıb.


Facemark xarici mediaya istinadən bildirir ki, platforma beynəlxalq inkişaf strategiyasına uyğun olaraq, Kanada və Birləşmiş Krallıqdan sonra Avstraliyada ofislər açmağa başlayıb.


Ölkə icması şirkət üçün çox önəmlidir - keçən ildən bu ilə 40% artan avstraliyalı istifadəçi sayı onları 4-cü ən böyük “Reddit” istifadəçi bazasına çevirib.


Avstraliyadakı branç artıq yerli şirkətlərlə əməkdaşlığa başlayıb. Avstraliyalı moderatorlar, icmalar şirkətin yerli brend əməkdaşlıqlarına kömək edəcək. Satış komandası “Reddit”in qlobal satış şirkətinin tərkibində - beynəlxalq marketinq şöbəsinin prezidenti Harold Klajenin tabeliyində işləyəcək. Qeyd edək ki, Harold Klaje daha əvvəl 8 il “Google”da, 2 il “Pinterest”də işləyib.


Avstraliyadakı komanda Tariq Mahmoud və David Ray başçılığı ilə idarə olunacaq.