bazar günü, 26 sentyabr 2021

Britaniyada vəziyyət qarışır: Rekord miqdarda qanunsuz kriptovalyuta

263

Böyük Britaniya polisi qanunsuz yollarla əldə edilən vəsaitlərin kriptovalyuta vasitəsilə yuyulmasını üzə çıxarmaq üçün genişmiqyaslı əməliyyat keçirir.

Facemark "Reuters"ə istinadən xəbər verir ki, aparılan təhqiqat çərçivəsində mütəşəkkil kriminal dəstələrin əlində olan 294 milyon funt kriptovalyuta ələ keçirilib.

London polisinin verdiyi açıqlamaya görə, iyunun 24-də üç həftəyə yaxın müddət ərzində aparılan işlər nəticəsində müsadirə etdikləri 114 milyon funta əlavə olaraq eynilə gizli mənbələrdən əldə edilmiş daha 180 milyon funt kriptovalyuta ələ keçirilib.

Metropolitan Polisin (Böyük Londonu əhatə edən polis xidməti) komisar müavini Qraham Maknalti (Graham McNalty) bildirib ki, son vaxtlar müxtəlif rəqəmli platformlar inkişaf etdikcə mütəşəkkil kriminal qruplar da qanunsuz yollarla əldə etdikləri maliyyə vəsaitlərini qanuniləşdirmək üçün kriptovalyutalara daha çox üz tutmağa başlayıb.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün

Abunəlik