şənbə, 24 iyul 2021

Twitter yaxın zamanda “Fleets” bölməsini bağlayacaq

172

3 avqustda Twitter “Fleets” funksiyasını deaktiv edəcək.

Facemark bildirir ki, bu barədə şirkətin kontent üzrə vitse-prezidenti İlya Braun məlumat verib. Şirkət funksiyanı deaktiv etməsinin səbəbini yeni istifadəçiləri cəlb etməməsi ilə əlaqələndirir. Açıqlamada bildirilir ki, bölmədən istifadə edənlər aktiv Twitter istifadəçiləri olub.

Yaxın gələcəkdə Twitter “Fleet” xüsusiyyətlərini daxili kameraya inteqrasiya etməyi düşünür. Bunlara GIFlər, stikerlər, tam ekranlı kamera və mətn yazısı daxildir. Tətbiqdə ekranın yuxarı hissəsi isə qalmağa davam edəcək. Bura səsli söhbət üçün istifadə olunacaq.

Qeyd edək ki, tətbiq iyul ayının əvvəlində “Fleets”də reklamları sınaqdan keçirməyə başlayıb. Braun qeyd edir ki, bu, şirkətin reklam sahəsində ilk təcrübəsidir.

Instagramın hekayələr bölməsinə bənzəyən “Fleets” ilk dəfə 2020-ci ilin martında braziliyalı istifadəçilər üçün aktiv edildi. Noyabr ayında isə qlobal istifadəçilərə təqdim edildi.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün

Abunəlik