şənbə, 24 iyul 2021

Biden: “İnsanları öldürən şey Facebookda paylaşılan feyk xəbərlərdir"

196

İnkişaf etmiş ölkələrdə vaksinasiya prosesinin gücləndiyi dövrlər cümə günü konfrans keçirən Co Bayden qəzəb püskürüb. Facemark xarici mediaya istinadən bildirir ki, o, “Facebook” da daxil olmaqla bir çox sosial şəbəkənin dezinformasiyalar səbəbilə insanların ölümünə səbəb olduğunu deyib.

Rəqəmsal trendləri izləyən “FWIW” platforması Facebook-da son bir ayda ən diqqət çəkən COVID-19-la bağlı postların siyahısını açıqlayıb. 15 postdan yalnız 3-ü “pozitiv” mesaj kimi təsnif edilib: bir post prezidentin özü (9-cu yerdə), biri vitse-prezident Harris (10-cu) və biri isə aktyor Hyu Cakmen tərəfindən paylaşılıb (3-cü).

Yanlış məlumatları şərh edən prezident ölümlərdə sosial media şirkətlərinin məsuliyyət daşıdığını söyləyib. O əlavə edir: "Mövcud pandemiya peyvənd edilməmişlər arasındadır."

Ağ Evin mətbuat katibi Jen Psaki bir neçə gün əvvəl keçirdiyi mətbuat konfransında Ağ Evin sosial media platformaları ilə əməkdaşlıq edərək feyk xəbərlər barəsində müzakirələr apardığını qeyd edib. O bildirib ki, bununla Ağ Ev şirkət direktorlarının bu məsələlər barəsində hansı islahatlar gördüyündən əmin olmaq istəyir: “Məlumatlar sürətlə yayılır. Günlərlə, həftələrlə və aylarla feyk xəbər barədə islahat görülmürsə və hələ də insanlar onu oxuya bilirsə, sonrakı fəsadları aradan qaldırmaq mümkünsüz hala gəlir”.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün

Abunəlik