“Netflix”in iOS tətbiqindəki yeniliklər “PlayStation”la əməkdaşlıq edərək oyun yayımlarına başlaması ehtimallarını çoxaldır.


Həmçinin bax: Netflix oyun və VR layihələr ilə maraqlanır


Onlayn film və televiziya platforması “Netflix” oyun sənayesinə daxil olmağı düşünür. Facemark xarici mediaya istinadən bildirir ki, keçdiyimiz günlər platformanın tətbiqində edilən yenilik insanlarda həyəcana səbəb olub.


“PlayStation 5” pultlarına bənzəyən ikon ehtimalların əsas qaynağıdır.



Rəsmi məlumat verilməsə də, “Netflix” və “PlayStation” əməkdaşlığı bazarda böyük əks-sədaya sahib ola bilər. Bu əməkdaşlıq çərçivəsində oyun yayımları ola bilərmi, ola bilərsə, abunə haqqında artım gözlənilirmi, "Netflix" yeni xidməti tətbiqin daxilində, yoxsa ayrı tətbiq kimi təqdim edəcək sual yaradan əsas məqamlardır.