şənbə, 24 iyul 2021

Xiaomi dünyanın ikinci ən böyük telefon istehsalçısı olmağa doğru irəliləyir

174

“Xiaomi” indi smartfon arenasında artıq daha ciddi imicə malikdir.

Facemark “Canalys”ə istinadən bildirir ki, Çinin nəhəng texnologiya şirkətlərindən olan “Xiaomi” 2021-ci ilin ikinci rübündə dünyanın ikinci ən böyük telefon markasına çevriləcək. Şirkət istehsalını 83% artıraraq bazarın 17%-nə sahib olacaq.

Bununla “Xiaomi” nəinki “Apple”ı ötüb keçmək (14%), eyni zamanda digər Çin şirkətləri “Oppo” və “Vivo”nu da (hər ikisi 10%) geridə qoyub. “Samsung” 19% ilə liderliyini qoruyub saxlayır, amma nisbətlərə baxdıqda arada ciddi müqayisə görünmür.

Təxmin ediləndir ki, buradakı əsas faktor qiymətdir. “Xiaomi” məhsullarının qiyməti “Samsung”dan 40%, “Apple” məhsullarından isə 75% ucuzdur. Hətta “Mi 11” kimi qabaqcıl məhsullar belə əksəriyyətin cibinə uyğundur.

Latın Amerikada 300%, Afrikada 150% və Qərbi Avropada 50% qazanc artımı şirkətin uğurundan xəbər verir. “Huawei”dən fərqli olaraq, ABŞ “Xiaomi” üçün neqativ planlar hazırlamır.



Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün

Abunəlik