şənbə, 24 iyul 2021

Paytm 2,2 milyard dollarlıq ilkin ictimai təklifə hazırlaşır

163

Hindistanda fəaliyyət göstərən rəqəmsal ödəmə şirkəti “Paytm” İlkin İctimai Təklifə hazırlaşır.

“Paytm” əsas şirkəti “One97 Communications” tərəfindən ölkənin bazar tənzimləyicisinə təqdim olunan sənədlərdə şirkətin 2,2 milyard dollarlıq IPO-ya hazır olduğu bildirilib.

Facemark xarici mediaya istinadən bildirir ki, “Alibaba”, “Berkshire Hathaway”, “SoftBank” kimi böyük investorlar tərəfindən dəstəklənən “Paytm”,1,1 milyard dollar dəyərində yeni səhm buraxacağını və 1,1 milyard dollar satış təklif edəcəyini qeyd edib.

Qeyd edək ki, istifadəçilərin telefonları vasitəsilə rəqəmsal ödənişləri həyata keçirməsinə xidmət edən “Paytm” 2009-cu ildə yaradılıb. Son on ildə isə xidmət sahəsini xeyli genişləndirib. Şirkət elektron ticarət bazarı, bilet sifarişi xidməti təqdim edir, eyni zamanda sığorta və rəqəmsal qızıl satır. “Paytm” fəaliyyət göstərdiyi bir çox kateqoriyada bazar lideri olaraq qalmaqdadır.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün

Abunəlik