“Zoom Video Communications” şirkəti bulud xidmət təminatçısı “Five9”u satın almaq üçün razılaşma imzalayıb.


Facemark xarici mediaya istinadən bildirir ki, ilkin məbləğ 14,7 milyon dollardır. Müqavilənin 2022-ci ilin birinci yarısında bağlanması planlaşdırılır.


Şirkət bu alış-verişin “Zoom”un korporativ mövcudluğunu genişləndirməyə və böyüməsini sürətləndirməyə kömək edəcəyini düşünür.