2022-ci ildə istehsal ediləcək bütün “iPhone” modelləri 5G texnologiyası ilə təchiz ediləcək.


Facemark xarici mətbuata istinadən xəbər verir ki, 5-ci nəsil mobil rabitəni dəstəkləyən aşağı büdcəli “iPhone” artıq gələn ilin ilk yarısında təqdim olunacaq. Cihaz bu il "Premium" sinifə aid “iPhone”larda istifadə olunacaq A15 prossesoru ilə işləyəcək.


5G-yə qoşulma isə “Qualcomm X60” modemi vasitəsilə həyata keçiriləcək.


Məlumata görə, SE-nin əvvəlki modelləri kimi aşağı büdcəli “iPhone” daha mükəmməl olan OLED displeyə deyil, 4,7 düym ölçülü maye kristalik ekrana malik olacaq və “iPhone 8”-in yenilənmiş versiyasına bənzəyəcək.