bazar günü, 26 sentyabr 2021

“Mercedes” ancaq elektromobil istehsal edəcəyi tarixi açıqladı

324

“Daimler” konserninə daxil olan Almaniyanın avtomobil istehsalçısı “Mercedes-Benz” 2030-cü ilə kimi tamamilə elektrikli avtomobillərə keçməyi planlaşdırır.

Facemark xarici mətbuata istinadən xəbər verir ki, 2022-ci ildən 2030-cu ilə kimi elektomobillərə bütövlükdə40 milyard avrodan çox investisiya olunacaq.

Qeyd edilir ki, 2022-ci ilə kimi bütün seqmentlərdə “Mercedes-Benz”in avtomobillərinin elektrikli versiyası olacaq. 2025-ci ildən başlayaraq nəqliyyat vasitələrinin bütün yeni arxitekturası elektrikli olacaq və müştərilər hər model üçün tam elektrikli alternativ seçə biləcəklər.

Proqnozlara əsasən, 2025-ci ilə kimi satışların 50%-ni (əvvəlki proqnoz 25% idi) elektrikli və hibrid avtomobillər təşkil edəcək.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün

Abunəlik