“Coca-Cola” 2020-ci ildə reklam xərclərini azaltdıqdan sonra, bu il marketinq büdcəsini iki qat artıracaq.


Facemark xarici mediaya istinadən bildirir ki, keçən il şirkət reklam xərclərini 35% azaldaraq 2.77 milyard dollara endirib. Coca-Cola indi daha güclü marka və innovasiya kampaniyasına sərmayə qoymaq istəyir.


“Bu ilki nəticələrə əsasən, ikinci rübdə ciddi canlanma müşahidə edilib. Nəticələrin ilin sonunda da yaxşı olması və istehlakçılara fokuslanmaq üçün xərclərimizi ikiqat artırırıq. 2019-cu ildəki səviyyəmizə qayıtmaq üçün güclü investisiya proqramı nəzərdə tutulub”, - bunu şirkətin maliyyə direktoru Con Mörfi bildirib.