““Apple” bir neçə il sonra bütün məhsullarında Face ID kilidini aktiv edəcək”, - bunu “Bloomberg” jurnalistlərindən Mark Qurman bildirib.


Facemark xarici mediaya istinadən bildirir ki, Face ID smartfon və planşetlərin daha ucuz versiyalarında - iPhone SE və iPad Air-də də görünəcək. Hazırda bu cihazlarda yalnız Touch ID - barmaq izi ilə işləyir.


Şirkət Face ID-nin ucuz alternativlər üçün uyğun olub-olmadığını yoxladığından yenilik etməyə tələsmir. Az büdcəli məhsullardan fərqli olaraq, əsasən, bahalı cihazlarda ekranın altında kamera var. Bu da onları Face ID üçün uyğun edir.


Qeyd edək ki, “Apple” məhsul istehsalını 20% artıracaq. Fabriklər əvvəlki 75 milyonluq hesabatdan fərqli olaraq, 90 milyon cihaz buraxmalıdır.


Həmçinin bax: “Apple” bu il yeni iPhone modellərinin istehsalını 20% artıracaq