"Instagram" sosial media siyasətində dəyişikliklər edir. Şirkətlər artıq 18 yaşdan kiçik istifadəçilərə reklam verə bilməyəcəklər.


Facemark şirkətin rəsmi bloquna istinadən bildirir ki, 18 yaşdan yuxarı istifadəçilər reklamların göstərilməsi variantlarını müstəqil olaraq seçəcəklər. Reklamçılar bu məlumatları kampaniyaları üçün istifadə edə biləcəklər.


Şirkət yetkinlik yaşına çatmayan istifadəçilərin hüquq müdafiəçilərinin şikayətləri fonunda bu qərara gəlib.


Yeni təhlükəsizlik siyasəti çərçivəsində sosial şəbəkə 16 yaşınadək (bəzi ölkələrdə 18 yaşdan aşağı) istifadəçilərin səhifələrini gizli edəcək. Eyni zamanda məxfilik parametrlərinin dəyişdirilməsi də mümkün olacaq - istifadəçilər müstəqil olaraq səhifələrini ictimaiyyətə təqdim edə biləcəklər.


Yetkinlik yaşına çatmayan hesabları tapmaq şübhəli profillər üçün çətin olacaq. "Potensial təhlükəli davranışlar sərgiləyən" istifadəçilər - əvvəllər bloklanmış və ya başqaları tərəfindən şikayət edilmiş - tövsiyə hissələrində azyaşlıların məzmunu və səhifələrini görməyəcəklər. Eyni zamanda 16 yaşdan kiçik istifadəçiləri izləyə, şərhlərini oxuya və ya postlarına şərh yaza bilməyəcəklər. Xüsusiyyət, əvvəlcə ABŞ, Avstraliya, Fransa, İngiltərə və Yaponiyada aktiv olacaq, daha sonra digər ölkələrdə əlavə ediləcək.


Yetkinlik yaşına çatmayanların hesablarının məxfiliyinə dair dəyişikliklərə əlavə olaraq, sosial şəbəkə "Reels" qısa videolarının maksimum uzunluğunu 60 saniyəyə qədər artırdı. Qeyd edək ki, yeniləmədən əvvəl yalnız 30 saniyəyə qədər videolar yaratmaq mümkün idi.