Facebook 2021-ci ilin ikinci rübü üçün gəlirlərini açıqlayıb.


Facemark xarici mediaya istinadən bildirir ki, şirkətin gəliri keçən ilə nisbətən 56% artaraq 29.07 milyard dollara çatıb, bu məbləğin 98%-i reklam gəlirlərinin payına düşür.


Şirkət ikinci rübdə reklamdan 28,58 milyard dollar qazanıb. “Facebook” ikinci rübün nəticələrini reklam qiymətlərində 47%, reklam sayında 6% artımla əlaqələndirir. Artımın il ərzində davam edəcəyi gözlənilir.



Qeyd edək ki, bundan əvvəl onlayn reklam satışlarının Facebook səhmlərinin artmasına səbəb olduğu bildirilmişdi. Səhmlər keçən həftə 5,3% artaraq 370 dollara çatıb və şirkətin bazar kapitallaşması 1 trilyon dolları keçib.