İlon Mask “Tesla”nın satışı çərçivəsində “Apple” CEO-su olmağı tələb edib.


Facemark “MacRumors” teoriyalar saytına istinadən bildirir ki, “Tesla”nın rəhbəri İlon Mask “Apple”ın CEO-su Tim Kukdan şirkətin CEO-su olmağı tələb edib. İddia “The Los Angeles Times” qəzetinin araşdırdığı “Power Play: Tesla, İlon Mask və əsrin mərci” adlı kitabda öz əksini tapıb.


Kitabda qeyd edilir ki, 2016-cı ildə Mask və Kuk arasında “Tesla”nın alış ehtimalı ilə bağlı telefon danışığı gedərkən Mask “yalnız birləşmiş şirkətlərin (“Apple” və “Tesla”) baş direktoru olsam, bu baş verə bilər” cavabını verib.


Ehtimallardan fərqli olaraq, İlon Mask yeni tweetində bu şaiyələrin düzgün olmadığını vurğulayıb: "Mən və Kuk indiyədək nə yazışmışıq, nə də danışmışıq. "Apple"ın "Tesla"nı ala bilmə ehtimalı ilə bağlı bir dəfə ona yazıb görüş istəmişəm, amma Kuk bu görüşdən imtina edib".