“Duolingo” uşaqlar üçün riyaziyyat öyrənmə proqramı üzərində işləyir. Bu, şirkətin dil öyrənmə bazarından ilk rəsmi çıxışı olacaq.


Facemark “TechCrunch”a istinadən xəbər verir ki, yeni tətbiq 3-8-ci siniflər arasında məktəblilər üçün nəzərdə tutulub.


Şirkət artıq "kiçik və işlək qrup" ilə birlikdə yeni tətbiqetmənin hazırlanmasına kömək etmək üçün riyaziyyat üzrə elmlər namizədi axtarır.


“Duolingo” tətbiqinin istifadəçiləri yeni inkişafla bağlı ikili fikirdədirlər. Bəziləri düşünür ki, şirkət mövcud dil proqramlarının inkişafına sərmayə qoymalıdır.