“Google” azyaşlı istifadəçiləri qorumaq üçün bir neçə yeniləmə həyata keçirib. Reklamçılar artıq 18 yaşdan kiçik istifadəçilərə reklam verə bilməyəcəklər. Şirkət eyni zamanda gənc istifadəçilərə fotolarını axtarış nəticələrindən silmək imkanı verəcək.


Facemark xarici mediaya istinadən bildirir ki, reklamçılar artıq 18 yaşından kiçik insanların yaşını, cinsiyyətini və ya maraqlarını hədəf ala bilməyəcəklər. Bundan əlavə, şirkət istək əsasında uşaqlarla olan şəkilləri axtarış nəticələrindən silməyə icazə verəcək. İstək uşaqların özləri, valideynləri və ya qəyyumları tərəfindən verilə bilər. Yeniliklər yaxın aylarda tətbiq olunmağa başlayacaq.


Həmçinin, dəyişikliklər “YouTube”da aktiv olan azyaşlıların videolarına da şamil ediləcək. 18 yaşdan kiçik istifadəçilər tərəfindən yüklənən videolar avtomatik olaraq məhdudlaşdırılacaq. Videoya yalnız videonun sahibi tərəfindən seçilmiş istifadəçilər baxa biləcəklər.


Oxşar dəyişikliklər 13 yaşdan kiçik uşaqlar üçün hazırlanmış “YouTube Kids” tətbiqinə də tətbiq ediləcək.