Dünyanın ən böyük üçüncü iqtisadiyyatı olan Yaponiyada bu ilin aprel-iyun aylarında ÜDM illik müqayisədə 1,3% artıb.


Facemark "Reuters"ə istinadən bildirir ki, göstərici bazarda müəyyən olan 0,7%-lik proqnozu üstələyib. 2021-ci ilin I rübündə ölkə iqtisadiyyatı illik müqayisədə 3,7% kiçilmişdi. ÜDM istehsalının artması COVID-19 pandemiyasından bərpa olunan Yaponiya iqtisadiyyatında istehlakın və kapital xərclərinin böyüməsi ilə əsaslandırılır.


Qeyd edilir ki, II rübdəki artıma baxmayaraq, Yaponiyada artım tempi digər güclü iqtisadiyyatlardan geri qalır. Belə ki, ABŞ-da ilin II rübündə illik müqayisədə 6,5%-lik iqtisadi artım qeydə alınıb.