Koronavirusa yoluxma səviyyəsinin artması və yeni ştamların yayılması fonunda “Apple” əməkdaşlarının məsafədən işləmə müddətini azı yanvar ayınadək uzadıb.


Facemark xarici mediaya istinadən bildirir ki, "Apple" işçilərinin korporativ iş yerlərinə qayıtmalarından bir ay əvvəl təsdiqləyəcəyini qeyd edib. Bir çox şirkət kimi, iPhone istehsalçısı da hibrid iş rejiminə hazırlaşır. Şirkət işçilərinin ən az 3 gün (Bazar ertəsi, Çərşənbə axşamı və Cümə axşamı günləri) oflayn, Çərşənbə və Cümə günləri isə hibrid stildə işləməyini tələb edir.


Qeyd edək ki, “Apple” şirkəti iyul ayında verdiyi açıqlamada əməkdaşlarının oktyabrda ofisə qayıda biləcəyini açıqlamışdı.