“YouTube” son dövrlərdəki aktivliyi haqqında məlumat verib.


Facemark xarici mediaya istinadən bildirir ki, şəbəkədə 2020-ci ildə əvvəlki illərə nisbətən iki dəfə çox kanal açılıb. Son üç ildə platforma kreativ kanal sahiblərinə, ifaçılara və media korporasiyalarına 30 milyard dollardan çox pul ödəyib.


2021-ci ilin ikinci rübündə “YouTube”un reklam gəliri 7 milyard dolları keçib. Kanal sahiblərinə və tərəfdaşlara ödənilən məbləğ platformanın fəaliyyəti dövründə çatdığı rekord qiymət olub.


Qeyd edək ki, Azərbaycanda “YouTube” platforması üzərindən ən çox izlənilən kanallar “Kənd Həyatı”, “ARB TV”, “Kanal 13”, “İctimai TV” və “Baku TV”dir.


Əlavə oxu: YouTube sizə nə qədər pul qazandıra bilər? – Foto