“TikTok” video platforması Amerikanın “SiriusXM” ilə birlikdə öz radio stansiyasını qurub. Bu haqda xəbər sosial şəbəkənin “Instagram” səhifəsində qeyd olunub.


Facemark rəsmi məlumata istinadən bildirir ki, bu, “TikTok”un ilk radiostansiyasıdır. FM-də video platformanın uğurlu kontent yaradıcıları, musiqiçilər və DJ-lər müxtəlif verilişlərin müəllifi olacaq. Verilişlərin repertuarına viral mahnılar və yeni ulduzların hitləri daxil olacaq. Lil Nas X və Ed Sheeran da daxil olmaqla bir çox musiqiçinin iştirakı ilə xüsusi verilişlər təşkil ediləcək.


“TikTok Radio” - “TikTok”, “SiriusXM” və “Pandora” şirkətlərinin ortaq layihəsidir. Radiostansiya üçün proqram brauzerdə mövcuddur.