“TikTok” istifadəçilər üçün artırılmış reallıq platforması hazırlayır. Layihəyə avqust ayında start verilsə də, hazırda inkişaf mərhələsindədir.


Facemark bildirir ki, bu barədə “Twitter”də netvorkinq məsləhətçisi Mett Navarra məlumat verib.



Layihə “TikTok Effect Studio” adlanır. “TikTok”un sahibi olan “ByteDance” şirkəti platformanı eksperimental məkan kimi nəzərdə tutub.


Şirkət pilot layihənin əməliyyat mərhələsinə çatmadığını, buna görə də alətin rəsmi olaraq istifadəyə verilmə vaxtının açıqlanmadığını qeyd edib. Yeni funksiya hazırda beta sınaq mərhələsindədir.


AR xidməti proqram təminatçılarını “Effect Studio”ya erkən giriş üçün qeydiyyatdan keçməyə dəvət edir. Qeydiyyatdan keçmək üçün adınızı, e-poçt ünvanınızı, “TikTok”dakı hesab məlumatlarınızı, şirkətinizi və AR təcrübənizi, habelə hansı əməliyyat sistemi funksiyalarını inkişaf etdirəcəyini göstərməlisiniz.