Şirkətin bloqunda paylaşılan rəsmi məlumata əsasən, “YouTube” üç aydan bir qaydaları pozan 10 milyon videonu silir.


Facemark bildirir ki, 2020-ci ilin fevral ayından bəri, platforma konspirasiya nəzəriyyələri və təsdiqlənməmiş müalicələr də daxil olmaqla, COVID-19 haqqında yalan məlumatlar yayan 1 milyondan çox videonu silib.


“YouTube” artıq yalnız rəsmi mənbələrdən məlumat toplayır və optimallaşdırılmış axtarış nəticələrini göstərir. Koronavirus pandemiyası üçün sayt ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına əsaslanır.


"Qlobal pandemiya ortasında hər kəs özünü və ailəsini qorumaq üçün düzgün məlumatlarla silahlanmalıdır" açıqlamada bildirib.