Apple əməkdaşlarını ofisə çağırmaq məsələsini 2022-ci ilin yanvar ayına ertələyib. Təxminim il sonuna qədər bizdə də məhdudiyyətlər davam edəcək.


Amazon da hər gün bir hoqqa verir. İndi də pilot hələ ABŞ-da sonra dünyada da fiziki pərakəndə mağazalar açmaq qərarına gəlib. Bu yaxınlarda isə Rossiya 1 telekanalında seriallardan birinin hüquqlarını alıb. Son 12 ayda müştərilər Amazondan 610 milyard dollarlıq alış-veriş edib, Wallmart-dan isə bu rəqəm 566 milyard dolar olub. Bu arada peyvənd olunan əməkdaşları arasında da bahalı hədiyyələrin olduğu lotoreya keçirir.


Facebook qısa video paylaşma özəlliyi olan Facebook Reels tətbiqini Hindistan, Meksika, Kanadadan sonra ABŞ-da da test etməyə başlayıb. Tiktok-un bazarına girməyi test edir deyəsən.


Getir Tottehham və Galatasaraydan sonra, Fenerbahçe qadın basketbol komandasının sponsoru oldu. Üstəlik ecom-ların yeni xəstəliyinə Getir də düçar olub. Moov rentacar şirkətinin 75%-ni alıb. Biznesi diversifikasiya edirlər deyəsən. Rusların Wildberiies-i də bank almışdı bu yaxınlarda.


Forbes Media şirkəti (Forbes jurnalının sahibi) İPO edərək 630 milyon dollara bazara çıxır. Qeyd edim ki, 2014-cü ildə Honkonq investisiya şirkəti Forbes-u 475 milyon dollara böyük hissəsini almışdı. Forbes ailəsinin özünün payı isə çox cüzidir. Ümumiyyətlə bu kimi nümunələr göstərir ki, idarəetməsi səndə qalmaqla şirkətin bir neçə investorunun olması həm nəzarəti gücləndirir, həm səni daha məsuliyyətli edir və bunun nəticəsində də şirkətin dəyəri, gəlirləri artır. Dünyanın 76 ölkəsində 150 milyon insana xitab edir. Xatırladım ki, ötən aylarda Forbes Türkiyədə fəaliyyətini dayandırmışdı.


Türkcell daxilində proqram təminatı və yazılım şirkəti qurur. Öz istədiklərini özləri yazmaq qərarına gəlib. Amma praktikaya baxsaq daxildə bu ştatı edənlər çox da uğurlu olmayıb. Hərə öz işi ilə məşğul olsa, yaxşıdır. Və ya öz işinə fokuslansa daha uğurlu olar desək, yanılmarıq.


Tinder artıq üzvlərdən şəxsiyyətlərini təsdiq etməsini tələb edəcək. Saxta profillərlə bir neçə cinayət hadisəsi törədiləndən sonra bu qərara gəliblər. Sosial media nəzarətdən kənar qalanda çox təhlükəli ola bilir. Olur da!


Rusiya 2022-ci ildə Tiktok-un analoqunu qurmağı planlaşdırır. Bunun üçün qollarını Qazprom media çırmalayıb. Düzgün addımdır. Facebook çıxanda deyirdik ki, kimdir Vkontakte istifadə edən, amma fakt odur ki, Rusiyada Odnoklassniki və vkontakte istifadə edənlər facebook istifadəçilərindən çoxdur.


Rusiyada taksi şirkətləri qiymətləri yavaş-yavaş qaldırmağa başlayıb. Haradasa 50% civarında artım olub. Rəqabət qızışanda qiymət düşür, oksigeni bol olanlar bazarda qalır, qalanlar ələnir. və sonra qiyməti rahat qaldıra bilirsən. Bu trend yəqin ki, yaxın 1 ildə bizi də gözləyir. Taksi şirkətləri bir əlin barmağı qədər qalanadək qiymətlər ucuz qalacaq.


Tiktok da bu arada 5-10 dəqiqə arası videoları test edir. Yavaş-yavaş youtube-a yaxınlaşırlar. ABŞ şirkəti üçün yaxın gələcəyə ən böyük başağrısı olacağı dəqiqdir. Digər maraqlı məlumat isə Çin dövlətinin artıq Tiktokda 1% payının olmasıdır. Xatırlayırsızsa, ABŞ-da qadağalar ərəfəsi Tiktok iddia edirdi ki, Çin dövləti ilə heç bir iqtisadi bağlılıq yoxdur. Var imiş.


Zoom müştərilərinin məlumatlarını facebooka ötürdüyü üçün 85 milyon dollar məbləğində cərimələnib.


Bu arada Telegram da bu ay 8 yaşını qeyd edib. Qeyd edək ki, Telegram 2018-2020-ci illərdə Rusiyada FSB-yə məlumatları vermədiyinə görə bağlanmışdı, daha sonra necəsə oldu, açıldı.


Yemeksepeti məhəllələr arası marketlər, balaca esnaf dükanlarını da əhatə dairəsinə alıb Yemeksepeti Mahalle tətbiqini istifadəyə verib. Bununla da Yemeksepetində artıq yox yoxdur deyə bilərik.


Adidas Reebok brendini 2.5 milyard dollara satır.


Rusiyada elektron samokatlardan 10 milyon insan istifadə edib, artım tempi 500% üzərindədir. Türkiyədə də eyni trend yaşanır. Bu da o deməkdir ki, Azərbaycanda da az sonra eyni aktivlik olacaq. Hətta artıq başlayıb da demək olar. Həm sərfəli, həm sürətli, həm də əyləncəli. Başqa nə lazımdır ki?! Məsələn, Wolt artıq yaxın məsafələr üçün Bakıda elektron samokatlardan istifadə edir.